Parkların tikintisi

Məlumat

“Baku Garden Center” park və əyləncə sahələrinin layihələndirilməsi üzrə tam kompleks xidmətlər təklif edir. Tam xidmət göstərən bir şirkət olaraq, layihənizin hər aspektini düzgün seçilmiş həllər yolu ilə tamamlaya bilərik.

Biz mövcud ərazilərin təmiri və yenilərinin tikintisi ilə məşğul olmaqdan qürur duyuruq. Bu obyektlər əhalini yaşıllıq zonası ilə təmin edir və ətraf mühiti, eləcə də ərazinin tarixi xüsusiyyətlərini qoruyur.

Baş planın, tikinti sənədlərinin hazırlanmasından tutmuş park və əyləncə sahələrinin tikintisi bizim xidmətlərimizə daxildir. Proses ərazinin qiymətləndirilməsindən başlayaraq “Uyğunluq Sertifikatının” təhvil verilməsinədək bir neçə mərhələdən ibarədir. “Baku Garden Center” idman kompleksləri, oyun meydançaları, yaşıllıq sahələri, yaşayış yerləri və şəhər parkları və meydanlarında xidmət göstərir. Müştərilərimizə bələdiyyələr və rayonlar, özəl şirkətlər və memarlar, həmçinin dövlət qurumları daxildir. Bizimlə təcrübəli landşaft dizaynerləri, mühəndislər və texniki işçilər çalışır. Mütəxəssislərimiz çoxlu sayda park və əyləncə sahələrinin tikintisi, layihələndirilməsi və innovativ dizaynın hazırlanması üzrə geniş təcrübəyə malikdir.

Parklar və əyləncə sahələrinin layihələndirilməsinə aşağıdakı xidmətlər daxildir:

  • Mövcud ərazinin qiymətləndirilməsi və tələblərin hesablanması
  • Baş plan üçün sənədləşdirmə
  • Layihənin landşaft dizaynının hazırlanması
  • Layihənin ictimaiyyətə nümayiş etdirilməsi (Gələcək modelin rəngli təsvirləri)
  • Drenajın nivelirlənməsi və layihələndirilməsi
  • Ərazinin yaşıllaşdırılması
  • Suvarma sistemlərinin layihələndirilməsi
  • İşıqlandırma
  • Ərazinin abadlaşdırılması (dekorativ döşəmə, divar və hasarların qurulması, su elementlərinin və gövdəətrafı dairələrin əlavə edilməsi və s.)
  • Həyata keçirilən işlərin yoxlanılması və sertifikatlaşdırma

Müraciət et