Ağac və bitki satışı (yerli, Türkiyə və İtaliya)

Məlumat

“Baku Garden Center”-in çoxsaylı xidmətlərindən biri də ağac və bitkilərin satışıdır. Yalnız yerli olaraq yetişdirilən deyil, həm də Türkiyə və İtaliyadan gətirilən müxtəlif çeşidli ağac və bitki növlərindən ibarət geniş bir seçim təklif edirik. Bütün bitkilər diqqətlə seçilir və yalnız keyfiyyət təsdiqindən sonra müştərilərə göndərilir.

Bizim üstünlüklərimiz:

  • Azərbaycanın hər hansı bir bölgəsində böyüməsi üçün xüsusi olaraq yetişdirilmiş minlərlə ağac və bitki növləri;
  • Müasir və ekoloji cəhətdən təmiz yetişdirmə texnologiyalarından, həmçinin bitkilər və insanlar üçün ən təhlükəsiz gübrələrdən və qida maddələrindən istifadə edirik;
  • Öz məhsullarımızın satışını, vasitəçilər olmadan, öz mağazalarımız şəbəkəsi vasitəsilə həyata keçiririk, bu da təbii ki, qiymətlərə müsbət təsir göstərir;
  • Optimal qiymətlər, əlverişli satış şərtləri və əməkdaşlıq;
  • Təklif etdiyimiz məhsulların keyfiyyət təminatı ilə yanaşı, satış sonrası müştəri xidmətlərini də təqdim edirik;
  • Müştəriyə kömək etməyə hazır olan peşəkar mütəxəssislərimiz.

Xəyallarınızda gözəl və çiçək açan bir bağ varsa, fantaziyalarınızı gerçəkləşdirməyə şad olarıq!

Müraciət et